Bakı metrosu fəaliyyətini bərpa edə bilər

Bakı metrosu fəaliyyətini bərpa edə bilər

Hazırda oxunan: Bakı metrosu fəaliyyətini bərpa edə bilər

10741

Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil və ali məktəblərdə əyani təhsilin qismən bərpa olunacağını bəyan edib.

Sonuncu brifinqdə nazir Emin Əmrullayev yuxarı siniflər və ali məktəblərdə əyani tədrisin bərpa olunacağı halda, metronun da açılacağını istisna etməmişdi.

Orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpası metronun açılmasını qaçılmaz edir.

Bizim.Media xəbər verir ki, hazırkı şəraitdə Bakıdakı marşrutlara nə qədər çox avtobus buraxılsa da, şəhərin sərnişin yükünü qaldırmağa qadir deyil, çünki yollardakı sıxlıq buna imkan vermir.
 

MÖVZU İLƏ BAĞLI:

Ağ Şəhərdə tikiləcək metro stansiyasının planı hazırlanıb...


Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək:

“Ümumilikdə metro fəaliyyətini bərpa etmək üçün tam hazırdır. Nə vaxt qərar veriləcəksə, o zaman da metroda sərnişin daşınması bərpa olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO