Təhsil Nazirliyinin qərarına əsəsən 15 fevraldan praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə univeristetlər və peşə məktəbində oxuyan şagirdlər tədris ocaqlarına yola düşəcəklər.
Bizim.Media-ya bildirilib ki, praktiki ixtisaslar deyəndə Azərbaycan Tibb Univeristeti, Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti, Bakı Ali Neft Məktəbi kimi ali təhsil ocaqlarından söhbət gedir.
MÖVZU İLƏ BAĞLI:
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris bərpa olunur - RƏSMİ
Eyni zamanda laboratoriya da təcrübə keçərək tədris öyrədilən ixtisaslarda bu siyahıya daxildir.
Həmçinin praktiki olaraq tədris keçən universitelər siyahısına Azərbaycan Dövlət İncəsənət Univeristeti, Bakı Xoreqrafiya Akademiyası da aiddir.
Bildirilib ki, universitetlər praktiki olan ixtisasları özləri müəyyən edəcəklər ki, hansı tələbələr tədrisə cəlb olunmalıdır.
Gülşanə Mustafayeva, Bizim.Media