"Pandemiyaya baxmayaraq, 23 rayon və şəhərdə icbari tibbi sığorta uğurla icra olunub".
Bizim.Media-nın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev söyləyib.
MÖVZU İLƏ BAĞLI:
İcbari Tibbi Sığortanın tətbiq olunduğu yerlərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat olub
Onun sözlərinə görə, 256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib:
"Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq".
Bizim.Media