Xəbər verildiyi kimi ötən gün "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib. O, paylaşımında 87 yaşlı yazıçının maddi və sosial təminatının aşağı olduğunu, evində cəmi 2-3 saat qaz yandıra bildiyini vurğulayıb.
Məsələ ictimaiyyətdə ciddi müzakirə obyektinə çevrilib və yazıçının bu durumda olmasına görə Azərbaycan Yazıçılar Birliyi sərt qınanılıb.
Bizim.Media Azərbaycan Yazıçılar Birliyindən yazıçıya təqaüd ayrılıb-ayrılmayacağı barədə müraciət edib.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza saytımıza açıqlamasında gələn ildən etibarən Əlisa Nicata Azərbaycan Yazıçılar Birliyi tərəfindən təqaüd ayrılacağını bildirib:
“Əlisa Nicat təqaüdlə bağlı Azərbaycan Yazıçılar Birliyinə müraciət etməyib. Müraciət etsəydi, məsələsinə baxılacaqdı. Növbəti ilin siyahısına Əlisa Nicatın da adı daxil ediləcək və gələn ildən ona bir il boyunca aylıq 300 manat təqaüd ayrılacaq”.
Qeyd edək ki, əlisa Nicat 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 01.12.2022
Yazıçılar Birliyi Əlisa Nicata bir illik təqaüd AYIRACAQ – AÇIQLAMA
Hazırda oxunan: Yazıçılar Birliyi Əlisa Nicata bir illik təqaüd AYIRACAQ – AÇIQLAMA
Hazırda oxunan: Yazıçılar Birliyi Əlisa Nicata bir illik təqaüd AYIRACAQ – AÇIQLAMA
107299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.