Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyası (EİMİA) Rəyasət Heyətinin 2022-ci il 10 noyabr tarixli qərarı ilə EİMİA-nın həqiqi üzvü seçilib.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən Bizim.Media-ya bildirilib ki, tarixçi-alimə bu ad Azərbaycan-İsrail əlaqələri tarixinin araşdırılmasındakı xidmətlərinə görə verilib.
Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən İsraildə təbliğinə töhfələr verib. Akademikin müxtəlif dillərdə yayılan “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ibri dilində də nəşr olunub.
Hazırda onun elmi rəhbərliyi ilə “İsrail tarixşünaslığında Azərbaycan tarixi məsələləri” mövzusunda araşdırmalar aparılır.
Xatırladaq ki, bundan əvvəl o, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının və İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:37 / 01.12.2022
Akademik Yaqub Mahmudov İsrail Akademiyasının həqiqi üzvü seçilib
Hazırda oxunan: Akademik Yaqub Mahmudov İsrail Akademiyasının həqiqi üzvü seçilib
Hazırda oxunan: Akademik Yaqub Mahmudov İsrail Akademiyasının həqiqi üzvü seçilib
107288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.