Sabahdan 65 yaşdan yuxarı 700 min insan qeydiyyatdan keçiriləcək - ÖZƏL

Sabahdan 65 yaşdan yuxarı 700 min insan qeydiyyatdan keçiriləcək - ÖZƏL

Hazırda oxunan: Sabahdan 65 yaşdan yuxarı 700 min insan qeydiyyatdan keçiriləcək - ÖZƏL

10719

“2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanıb. Sabahdan etibarən 65 yaşdan yuxarı vətəndaşlar peyvəndləmə prosesinə cəlb olunmaları üçün qeydiyyatdan keçiriləcək.

Bu barədə Nazirlər Kabinetindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

62 mindən çox tibb personalı peyvəndlənib - ÖZƏL


Peyvəndləmə prosesi üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb. 

65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq. 

Fevralın 8-dən başlayaraq isə bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq. Qeyd edək ki, ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO