Bu institutun 100-dən artıq elmi məqaləsi xaricdə işıq üzü görüb

Bu institutun 100-dən artıq elmi məqaləsi xaricdə işıq üzü görüb

Hazırda oxunan: Bu institutun 100-dən artıq elmi məqaləsi xaricdə işıq üzü görüb

107152

AMEA Qafqazşünaslıq İnstitutu cari ilin hesabatını təqdim edib.

Bizim.Media xəbər verir ki, İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 2022-ci ildə 2 elmi istiqamət, 3 problem, 5 mövzuya dair 14 tədqiqat işi aparıldığını bildirib. O qeyd edib ki, araşdırılan problemlər Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemləri, Qafqazda dövlətlərarası münasibətlər, xarici ölkələrin region siyasətini əhatə edir. 

Hesabatda bildirilib ki, institut əməkdaşlarının  Türkiyədə 1, Azərbaycanda 8 kitab və 1 tədris-metodiki vəsaiti, 198 məqaləsi və tezis, internet saytlarında və qəzetlərdə isə 110 məqaləsi çap olunub. Onlardan 125-i xarici ölkələrdə - Türkiyə, Rusiya, Gürcüstan, Pakistan, Ukrayna, Polşa. Almaniya, Rumıniya, BƏƏ, ABŞ-da işıq üzü görüb. 

Bundan əlavə, impakt faktorlu jurnallarda 9 məqalə çap edilib. 

Bildirilib ki, ilk dəfə olaraq İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində Ermənistanın yeri istifadəsi mümkün olan mənbə və ədəbiyyatlar əsasında tədqiq olunub. 5 fəsildən ibarət olan əsərdə iki dövlət arasında siyasi münasibətlərin vəziyyəti, Ermənistandakı yəhudi, İsraildəki erməni icmalarının qarşılıqlı münasibətlərə təsiri, Ermənistanın və erməni təşkilatlarının İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyət üsulları və başqa məsələlər mümkün fakt və materiallar əsasında araşdırılıb. Belə bir nəticəyə gəlinib ki, iki ölkə arasında əlaqələr zəifdir, İsrail Dövlətinə geniş faydalar vermir və perspektivi yoxdur.

Hesabdatda diqqətə çatdırılıb ki, iki beynəlxalq indeksə (SAJİ, Citefactor) daxil olan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının üçüncü sayı işıq üzü görüb. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO