AKTA ilə Türkiyə Müdafiə Sənayesi Agentliyi arasında Memorandum imzalandı – FOTO 

AKTA ilə Türkiyə Müdafiə Sənayesi Agentliyi arasında Memorandum imzalandı – FOTO 

Hazırda oxunan: AKTA ilə Türkiyə Müdafiə Sənayesi Agentliyi arasında Memorandum imzalandı – FOTO 

107138

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) nümayəndə heyəti Ankara şəhərində Türkiyə Respublikası Müdafiə Sənayesi Agentliyi, Türkiyə Respublikası Rəqəmsal Transformasiya İdarəsi və Türkiyə Kiber Təhlükəsizlik Klastrının birgə təşkil etdiyi və cari ilin 2 dekabr  tarixinədək davam edəcək “Kiber Təhlükəsizlik Həftəsi” adlı tədbirdə iştirak edir.

Bizim.Media xəbər verir ki, 30 noyabr tarixində baş tutan silsilə tədbirlərdən biri də kibertəhlükəsizlik sahəsində milli, elmi, texniki və kadr potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə AKTA ilə Türkiyə Respublikası Müdafiə Sənayesi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanmasına həsr olunub.

Anlaşma Memorandumunun imzalanması ilə bağlı təşkil edilmiş tədbirdə AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov tərəfindən AKTA-nın məqsədləri və fəaliyyəti istiqamətləri, eləcə də genişləndiriləcək əməkdaşlığın iki qardaş ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına verəcəyi töhfə barədə məlumatlar verildi.
Tədbirin 30 noyabr tarixində baş tutan hissəsində AKTA nümayəndə heyəti ilə Türkiyə Müdafiə Sənayesi Agentliyi, Türkiyə Rəqəmsal Transformasiya Ofisi, Türkiyə Kiber Təhlükəsizlik Klastrı, eləcə də, NATO Kiber və Hibrid Siyasət Bölməsi, NATO Müştərək Kiber Müdafiə Mükəmməllik Mərkəzi (CCDCOE), Kiber Klublar Birliyi,  “Cyber Peace Institute”, “CyberThink” və digər qurum, təşkilat və şirkətlərin nümayəndələri arasında görüşlər və müzakirələr həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO