Gültəkin Hacıbəyli barəsində cinayət işi başlanıb

Gültəkin Hacıbəyli barəsində cinayət işi başlanıb

Hazırda oxunan: Gültəkin Hacıbəyli barəsində cinayət işi başlanıb

107042

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

İlkin məlumata görə, ötən ay onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. G.Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb. 

G.Hacıbəyli hava limanında saxlanılarkən məlum olub ki, o, məhkəmə tərəfindən axtarışa verilibmiş.

Sabiq deputat Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim olunub. Daha sonra ifadəsi alınaraq o, sərbəst buraxılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO