Bakıda avtomobil qadını öldürdü

Bakıda avtomobil qadını öldürdü

Hazırda oxunan: Bakıda avtomobil qadını öldürdü

107037

Bakı şəhərində avtomobil qadını vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 29-u saat 06:10 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Əliyev Bünyabün Əbil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən "RR Petrol" yanacaq doldurma məntəqəsinin qarşısında yolu sağdan sola keçən piyada, 1980-ci il təvəllüdlü Mirzəyeva Afaq Habil qızını vurub.
Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb. Report.az-ın məlumatına görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO