Kişi və qadınların problemi - Kəpəklə necə mübarizə aparaq?

Kişi və qadınların problemi - Kəpəklə necə mübarizə aparaq?

Hazırda oxunan: Kişi və qadınların problemi - Kəpəklə necə mübarizə aparaq?

10702

Saçlarda kəpək bir çox səbəblərdən yarana bilər. Kəpəyin yağlı, eləcə də quru dəri probleminə görə yaranması mümkündür. Kəpək problemi quru və soyuq havanın təsiri ilə pisləşə bilər.

Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinən kəpək problemi saçlarla yanaşı saqqal və qaşlarda da olur. Bəs kəpək problemini necə aradan qaldırmaq olar?

Bizim.Media xəbər verir ki, bir çox üsul kəpəyin müalicəsində müsbət nəticələr verə bilər.

Saç kəpəklənməsinə müsbət cavab verən bəzi bitkilərlə müalicə üsulları bu problemi və qaşıntıları aradan qaldırır. Tətbiq ediləcək bu üsullarla kəpək problemini minimuma endirə bilərsiniz:

- Hindistan qozu yağı

Mikrob əleyhinə xüsusiyyəti olan bu yağ kəpəyə səbəb olan bakteriyalarla mübarizədə istifadə edilə bilər. Nəmləndirici xüsusiyyəti ilə quru baş dərisi problemini aradan qaldıraraq kəpəklənməyə qarşı əhəmiyyətli təsir edir.

- TURP

Turp saçdakı kəpək problemini aradan qaldıran təbii məhsullar sırasındadır. Bundan əlavə, turp suyu saça tətbiq olunduqda saç köklərini gücləndirir və saç tökülməsi problemlərinin aradan qaldırılmasına kömək edir.

- Gicitkən otu

Baş dərisini bərpa edir, ölü dəri hüceyrələrini və baş dərisindəki kəpək problemini aradan qaldırır.

- Çəmən otu toxumu

İnadlı kəpəyi aradan qaldırmağa kömək edən təbii bir vasitədir. Müntəzəm tətbiq olunduqda, saç dərinizi qidalandıraraq kəpəyə səbəb olan bir çox faktorla mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO