Gəncədə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndi - FOTO 

Gəncədə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndi - FOTO 

Hazırda oxunan: Gəncədə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndi - FOTO 

106984

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin iştirakı ilə qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə keçirilən reyd şəhərin müxtəlif ərazilərini, o cümlədən mərkəzi küçələrini əhatə edib.  

Gəncənin Nizami prospekti boyunca aparılan reyd zamanı səkilərdə, piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib.  

Gəncə Şəhər İcra Hakimiyyətinin və Baş Polis İdarəsinin əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar. 

Keçirilən reyd sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan, mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə də xələl gətirdiyini qeyd ediblər.   
Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Reydlər bundan sonra da davam etdiriləcək.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO