Qaraheybət faciəsindən BİR İL ötdü – İstintaq hələ yekunlaşmayıb - FOTO/VİDEO

Qaraheybət faciəsindən BİR İL ötdü – İstintaq hələ yekunlaşmayıb - FOTO/VİDEO

Hazırda oxunan: Qaraheybət faciəsindən BİR İL ötdü – İstintaq hələ yekunlaşmayıb - FOTO/VİDEO

106965

2021-ci il noyabr ayının 30-da səhər saatlarında eşitdiyimiz acı bir xəbər hamımızı sarsıtdı. Xızı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb və 14 nəfər sərhədçi həyatını itirib - xəbəri bütün ölkəni qəhərə boğdu. 

Vətən Müharibəsi şəhidlərinin, həmin il noyabrın 16-da Ermənistanla sərhəddə təxribat zamanı həlak olmuş 7 hərbçimizin xəbərini tam həzm etməmiş bu xəbər də dərdimizi birə min elədi. Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatından sonra Bizim.Media olaraq şəhid sərhədçilərimiz haqda özəl məlumatlar toplayaraq fotoları ilə birgə yayımladıq. 
Bu gün həmin ağrı-acılı gündən 1 il keçir. Ənənəmizə sadiq qalaraq Xızı rayonunun Qaraheybət aviasiya poliqonunda şəhid olmuş səma qəhrəmanlarımızın adlarını xatırladacağıq:

1. Helikopterin kapitanı - polkovnik Füzuli Əliibrahim oğlu Cavadov, 1966-cı ildə Bakıda doğulub. Xəzər rayonunun Zirə kəndindəndir.

2. Polkovnik-leytenant Emil Nəzər oğlu Nəzirov, 1969-cu ildə Lənkəranda doğulub..

3. Mayor Elmir Mircəlil oğlu Həsənov, 1988-ci ildə Cəlilabadda doğulub.

4. Mayor Emil Vahid oğlu Mayılov, 1987-ci ildə Ağdaşda doğulub. 

5. Mayor Elbrus Əhmədov,  1988-ci ildə Naxçıvanın Gəngərli rayonunun Qıvraq kəndində doğulub.

6. Mayor Murad Yaşar oğlu Məmmədov, 1986-cı ildə Ermənistanın Leninakan rayonunda doğulub. 

7. Kapitan Xəyyam Əliyev, 1990-cı ildə Bakı şəhərinin Suraxanı rayonunda doğulub.
8. Mayor Emil Elman oğlu Əliyev, 1986-cı ildə Naxçıvan şəhərində doğulub. 

9. Baş leytenant Abdulla Süleymanov, 1999-cu ildə Cəbrayıl rayonu qeydiyyatı ilə doğulub. 

10. Tibb Xidməti kapitanı Ceyhun Əhmədxanov, 1988-də Bakıda doğulub. Əslən Şəkidəndir. 

11. Kapitan Cavid Əhliman oğlu Bayramlı, 1994-cü ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. 

12. Kapitan Teymur Ənvər oğlu Qaraisayev, 1983-cü ildə Ermənistanda doğulub. 

13.Baş leytenant Fərid Təyyar oğlu Nağıyev, 1996-cı ildə Beyləqanda doğulub.

14. İşçi Elçin Nəbiyev, Balakəndə doğulub.

Qeyd edək ki, Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin səlahiyyətli şəxsləri hadisə yerində olublar. Baş Prokurorun 1-ci müavini Elçin Məmmədovun rəhbərliyi ilə hadisə yerində araşdırma aparılıb, qurumda cinayət işi başlanılıb. Cinayət işinin təfərrüatı ilə bağlı son açıqlama verilmyib. 

Qaraheybət faciəsinin iltamamında Bizim.Media olaraq Cinayət işinin gedişi ilə bağlı Baş Prokjrorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadəyə müraciət etmişik. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 




























 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO