Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.
Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Milli Məclis bu gün qanun layihəsini təsdiqləyib.
Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.
Bəs buna hansı zərurətlərdən ehtiyac yarandı?
Bizim.Media-nın sualını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, 30-40 il bundan əvvəl istehsal olunan mopedlərin sürətlənmə həddi 60 km/saatdan çox olmurdu, müasir mopedlərin isə sürətlənməsi 100 km/saat olduğuna görə, bu nəqliyyat vasitəsinin uçota alınmasına ehtiyac duyulur:
“Dünyada, eləcə də Azərbaycanda daşınma xidmətləri şaxələnib. Kiçik mühərrikli mopedlər, eyni zamanda skuterlərlə daşınmalar həyata keçirilir. Bu nəqliyyat vasitələri yollarda çox istifadə olunduğuna görə, onların iştirakı ilə qəzaların da sayı artır.
Mopedlərin dövlət nömrə nişanı, sürücünün hansısa qeydiyyatı olmadığına görə, burada hansısa instintaqın aparılması, dəyən zərərin ödənilməsini həyata keçirmək olduqca çətindir.
Burada xüsusilə də Yol Patrul Xidməti, sığorta şirkətləri əziyyət çəkirdilər. Sürücülük vəsiqəsi tələb olunduqdan sonra isə mopedin sahibini tapmaq asan, dəyən zərərin ödənilməsində də problem aradan qalxmış olacaq”.
Ekspert qeyd edib ki, ilkin mərhələdə moped sürücüləri vəsiqə ilə təmin ediləcək, dövlət nömrə nişanı alınacaq. Sonrakı mərhələdə isə mopedlərin nəqliyyat vasitəsi kimi sığortalanmasına ehtiyac var.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 29.11.2022
Mopedçilər, sürücülük vəsiqəsi almağa tələsin – 6 AY QALDI
Hazırda oxunan: Mopedçilər, sürücülük vəsiqəsi almağa tələsin – 6 AY QALDI
Hazırda oxunan: Mopedçilər, sürücülük vəsiqəsi almağa tələsin – 6 AY QALDI
106961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.