Bankomatların önündə, dayanacaqlarda siqaret çəkmək qadağandır – Cərimələnmələr BAŞLAYACAQ!

Bankomatların önündə, dayanacaqlarda siqaret çəkmək qadağandır – Cərimələnmələr BAŞLAYACAQ!

Hazırda oxunan: Bankomatların önündə, dayanacaqlarda siqaret çəkmək qadağandır – Cərimələnmələr BAŞLAYACAQ!

106954

Dayanacaqlarda, yerüstü keçidlərdə, şəhərin insan qaynayan küçələrində və s. kiminsə siqaret çəkməyi və başqalarını da tüstüsünə boğmağı gün ərzində çoxumuzun qarşılaşdığı mənzərədir. Bu cür hallarda mövcud vəziyyətdən narahat olanlar olsa da, onlar ya burunlarını tutur, ya da ən yaxşı halda bir-iki cümlə gileylənib həmin adamdan və ya məkandan uzaqlaşmağa çalışırlar.

Belə məqamlarda mübahisə, əlavə stress faktorundan qorunmaq üçün “onsuz da mənim deməyimlə nəsə dəyişməyəcək” fikrinə sığınaraq çıxış yolunu etinasızlıqda görənlər çoxdur.
Lakin mövcud problemə qarşı mübarizə yollarını axtaranlar da az deyil. 

Feysbuk platformasında Bizim.Media-nın əməkdaşı “İctimai yerdə siqaret çəkdiyinə və ya çəkdiyinizə görə cərimələnmə halı ilə rastlaşmısınızmı?” sualı ilə sorğu keçirib. Rəy bildirənlər “xeyr” cavabını verib. Onlar arasında bu vəziyyətdən ciddi narahat olduğunu, bunun bir həll yolunun tapılmasının vacibliyini vurğulayanlar da olub:

“Əslində bu məsələ çox boş buraxılıb. Ciddi yanaşılmalıdır. Siqareti çəkib kötüyünü küçəyə atanlara qarşı da sərt tədbirlər olmalıdır”.

“Mütləq cərimə edilməlidirlər. Ən çox narahat edən məqam da insanların arası ilə gedərkən çəkməkləridir. Bu, mədəniyyətsizlikdir.  Baxmırlar ki, bu tüstü hara gedir, kimisə rahatsız edir, ya yox”. 

"İctimai yerlərdə, qapalı məkanlarda siqaret çəkənlərə qarşı DİN tərəfindən hansı tədbirlər görülür, reydlər keçirilirmi?" sualını Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev cavablandırıb: 

"Polis əməkdaşları tərəfindən qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə şəxs barədə İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, inzibati tənbeh tədbiri tətbiq olunur”.           

DİN-dən verilən açıqlamada qeyd edilib ki, ictimai yerlərdə, bankomatların önündə, dayanacaqlarda, küçə və prosspektlərdə insanların sıx toplaşdığı ərazilərdə xüsusi ayrılmış yerlərlər istisna olmaqla siqaret çəkən şəxslər barədə İXM-nin 212-ci maddəsinə uyğun olaraq 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir: 

“Onu da qeyd edək ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda  görünən yerlərdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər barədə isə min manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir”.
Göründüyü kimi mövcud vəziyyətdən narahat olanlar bu istiqamətdə ciddi addımlar atılmasının, cərimələr tətbiq edilməsinin tərəfdarıdırlar.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə, ictimai yerlərdə siqaret çəkənlərin cərimə olunması nəzərdə tutulsa da, buna şahidlik edənlər isə yoxdur. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO