Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Hazırda oxunan: Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

10694

“Rosselxoznadzor” 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib

Bizim.Media xəbər verir ki, bu barədə  “Rosselxoznadzor” məlumat yayıb.

Məlumata görə, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Daha 13 şirkət Rusiyaya pomidor və alma ixrac edə biləcək

Rusiyaya pomidor ixracı ilə bağlı görüş keçirildi - FOTO


"Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəsinə yoluxmaması üçün video yoxlamalar aparır. 

Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən  nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

“Rosselxoznadzor” pomidor idxalına icazə verdiyi Azərbaycan müəssisələrinin adlarını da açıqlayıb.

Bunlar Bakı şəhəri, Sabirabad, Abşeron və Kürdəmir rayonlarında yerləşən müəssisələrdir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO