Bakıda zorakılıq edib videoya çəkən əcnəbi tələbələrlə bağlı QƏRAR VERİLDİ

Bakıda zorakılıq edib videoya çəkən əcnəbi tələbələrlə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Bakıda zorakılıq edib videoya çəkən əcnəbi tələbələrlə bağlı QƏRAR VERİLDİ

106860

Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.

Bizim.Media Universitetin yaydığı məlumata istinadən xəbər verir ki, toplantıda Universitetin bəzi əcnəbi tələbələrinin davranışı ilə bağlı qərarlar qəbul edilib.

İki xarici tələbənin ali məktəbdən xaric olunmasına dair qərar verilib.

Qeyd edilib ki, ATU-nun 6 əcnəbi tələbəsi Universitetdən kənar məkanda digər tələbələrə fiziki zorakılıq və şiddət tətbiq etməklə yanaşı, onları qorxudublar. Zorakılıq aktını videolentə alan tələbələr bu çəkilişi sosial şəbəkələrdə paylaşacaqları ilə digərlərini hədələyiblər.
Faktla bağlı Nəsimi rayon polis bölməsində aparılan araşdırma zamanı iki əcnəbi tələbənin - Al Khawaldeh Mohammad Khev Ahmad və Abdullah Mohammaed Sahrinin tələbələrə güc tətbiq edərək, fiziki şiddət göstərdiyi təsdiqlənib.

ATU-nun Rektoryanı şurasının üzvlərinin qərarına əsasən, adı çəkilən 2 tələbə Universitetdən xaric edilib. Hadisədə iştirak edən digər 4 tələbənin (Mohamad Eihab Ahmed Aldakach, Al Jivondi MHD Nabil Khalid, Al Ali Aussesami, Hafez Mohammed Ali) isə şəxsi işinə qeyd edilməklə, onlara şiddətli töhmət verilib.

Rektoryanı Şuranın müzakirə etdiyi digər məsələ ATU-nun II müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Orxan Bəhmənlinin davranışı ilə bağlı olub.

O.Bəhmənli noyabrın 17-də anatomiya fənni üzrə keçiriləcək aralıq imtahanlarının suallarının cavablarını əldə edərək, digər tələbələr arasında yayıb və bununla da imtahanı pozması təsdiqlənib.
Rektoryanı şuranın qərarına əsasən, O.Bəhmənlinin şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO