Tərtərdə minik maşını traktorla TOQQUŞDU – Xəsarət alan var 

Tərtərdə minik maşını traktorla TOQQUŞDU – Xəsarət alan var 

Hazırda oxunan: Tərtərdə minik maşını traktorla TOQQUŞDU – Xəsarət alan var 

106791

Tərtərdə yol nəqliyyatı hadisəsi baş verib, bir nəfər ağır xəsarətlər alıb.  

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayon İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində baş verib.  

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik maşını "Belarus" markalı traktorla toqquşub.

Nəticədə bir nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxs - rayonun Qaraqoyunlu kənd sakini, 1995-ci il təvəllüdlü Kərimov Şamil Kamil oğlu Tərtər mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardımdan sonra Bərdə Mərkəzi rayon xəstəxanasına aparılıb. Hazırda həkimlər yaralının vəziyyətini kəskin ağır olaraq qiymətləndirir.

Faktla bağlı araşdırma başladılıb. 

Elgün Gəncinsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO