BU İLƏ məxsus avtomobillər “METALLOMA” göndəriləcək – Əvəzində dövlət nə verəcək?

BU İLƏ məxsus avtomobillər “METALLOMA” göndəriləcək – Əvəzində dövlət nə verəcək?

Hazırda oxunan: BU İLƏ məxsus avtomobillər “METALLOMA” göndəriləcək – Əvəzində dövlət nə verəcək?

106756

Azərbaycanda avtomobil parkı yenilənəcək. Bu məsələ “Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı”nda öz əksini tapıb. 
Proqramda xüsusi bənd kimi göstərilir ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək, ekoloj vəziyyəti sağlamlaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq üçün məqsədi ilə köhnə, texniki baxışa yararsız olan avtomobillərin utilizasiyası həyata keçirilməlidir.

Məsələyə tam aydınlıq gətirmək üçün nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovla əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, heç də hər bir ölkə avtomobillərin utilizasiyasını həyata keçirə bilmir:

“Azərbaycan dövləti öz iqtisadi gücünə arxalanaraq bu layihəni kerçəkləşdirməyi düşünür. Bu adı çəkilən dövlət proqramında öz əksini tapıb. Nəzərə alaq ki, utilizasiya proqramının hazırlanmsı 2023-cü ilin sonuna kimi başa çatmalıdır. Amma utilizasiyanın özünün həyata keçirilməsi başqa bir proqramla icra olunacaq. Bu 2022-2026-cı illəri əhatə edən sosial inkişafa dair strategiyada öz əksini tapıb. Bu strategya çərçivəsində köhnə avtomobillərin utilizasiyası həyata keçiriləcək. Bu da o deməkdir ki, bizim qarşıda hələ 3 il vaxtımız var”.

Ekspert onu da əlavə etdi ki, utilizasiya proqramı könüllülük əsasında həyata keçiriləcək:
 

“Heç kimin köhnə avtomobili məcburi şəkildə əlindən alınmayacaq. Könüllü şəkildə bu layihəyə qoşulan avtomobil sahiblərinə vauçerlər, güzəştlər və subsidiyalar təklif olunacaq. Bununla bağlı hökümət artıq müəyyən layihələrin icrasına başlayıb.


Bildiyiniz kimi 2022-ci ilin yanvarında idxal edilən ekoloji təmiz avtomobillərə və elektromobillərə bir sıra güzəştlər tətbiq edilib. Bu ilin 1 oktyabrından Mərkəzi Bankın təşəbbüsü ilə banklar hibrid və elektromobil avtomobilləri almaq istəyən vətəndaşlara unikal kredit şərtləri təklif edib. Ən əsası ölkəmizə idxal edilən yeni elektromobil avtomobillər bu yaxınlarda tamamilə gömrük rüsumlarından azad edilib. Növbəti mərhələdə yeni avtomobllərə xidmət infrastrukturunun yaradılması əsas hədəf kimi qarşıda durur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO