Sığorta ilə probleminiz varsa, hara şikayət edə bilərsiniz? – TƏFƏRRÜAT

Sığorta ilə probleminiz varsa, hara şikayət edə bilərsiniz? – TƏFƏRRÜAT

Hazırda oxunan: Sığorta ilə probleminiz varsa, hara şikayət edə bilərsiniz? – TƏFƏRRÜAT

106736

Sığorta şirkətləri kiçik mühərrikli avtomobillərin icbari və kasko sığortasını həyata keçirməkdən imtina edir. Sürücüləri müxtəlif bəhanələrlə yubadır, prosesi çətinləşdirərək onları qeyri-leqal yollara əl atmağa vadar edirlər. 

Bu barədə tez-tez sosial şəbəkə platformalarında sürücülərin gileyli paylaşımlarına rast gəlirik. 

Bəs sürücülər bu cür hallarla qarşılaşdıqda nə etməlidirlər? 

Bizim.Media-nın sualını cavablandıran sığortaçı ekspert İlkin İbrahimov bildirib ki, bu problem oktyabrın 1-dən tətbiq edilən bonus-malus sisteminin tətbiqindən sonra öz həllini tapmalı idi: 

“Ona görə ki, “İcbari Sığortalar haqqında” qanun və Mülki Məcəllədə qeyd olunur ki, icbari sığorta ilə bağlı ölkə üzrə bütün avtomobilləri İcbari Sığorta Bürosunun üzvü olan lisenziyaya sahib sığorta şirkətləri qeyd-şərtsiz sığortalamalıdır. Lakin görünən odur ki, problem yenə də qalmaqdadır. Sığorta şirkətləri vətəndaşı yubatmaqla məşğuldurlar. Bu zaman da vətəndaş məcbur olur ki, qeyri-qanuni, əlavə ödəniş etsin”. 

Ekspert bildirib ki, əslində bu cür halla rastlaşan sürücülər nəzarətedici quruma müraciət etməlidirlər: 

“Bu məsələdə Mərkəzi Bank nəzarətedici, istehlakçı hüquqlarının müdafiəçisidir. Problem olduğu halda vətəndaş dərhal Mərkəzi Bankın qaynar xəttinə (966) zəng etməli, daha sonra yazılı şəkildə müraciət ünvanlamalıdır”.

İlkin İbrahimov qeyd edib ki, Mərkəzi Bank açıqlamasında bu cür hallar olduqda dərhal araşdıraraq məlumat verəcəyini bildirib: 

“Buna görə vətəndaşlar problemi qeyri-qanuni yolla həll etməkdənsə, müraciət etsələr yaxşıdır. Ümid edirəm, bundan sonra Mərkəzi Bank həmin sığorta şirkətlərini cəzalandıracaq və növbəti dəfələrdə bu cür hallar yaşanmayacaq”.

Ekspert əlavə edib ki, sığorta ilə bağlı istənilən problem bu cür sadə yollarla həll edilir. Heç bir sığortaçı şirkət Mərkəzi Bank qarşısında problemli görünmək istəməz.

Aləmdə Nəsib, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO