Zaqatalada STEAM mərkəzi fəaliyyətə başladı – FOTO

Zaqatalada STEAM mərkəzi fəaliyyətə başladı – FOTO

Hazırda oxunan: Zaqatalada STEAM mərkəzi fəaliyyətə başladı – FOTO

106725

Təhsil naziri Emin Əmrullayev bu gün Zaqatala 1 nömrəli məktəbin nəzdində   yaradılan STEAM mərkəzinin açılışında iştirak edib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna 1 nömrəli məktəbdən məlumat verilib. 

Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərdə tətbiqinə başlanılıb.

STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir.  

Diqqətə çatdırıb ki, mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən liseylə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilərlər.

STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Təhsil naziri Emin Əmrullayev jurnalistlərlə söhbətində bildirib ki,  artıq STEAM layihəsinin ilkin nəticələri bəllidir və müsbət nəticələrini də görmək mümkündür:  

”Xüsusi qeyd etməliyəm ki, dekabrın 5-9 arası  Bakıda  SAF STEAM Azərbaycan Beynəlxalq festivalıdır.  SAF 2022 festivalında minlərlə məktəbli arasında seçilmiş uşaqlar öz layihələri ilə Bakı şəhərinə gələcəklər.

Eyni zamanda sevindirici haldır ki, bu ilki SAF 2022-də  xaricdən olan məktəblilər bizim məktəblilərlə bir yerdə yarışacaq. Türkiyə cümhuriyyətindən 100 nəfərdən artıq, o cümlədən Qazaxıstan, Qırğızıstan, Macarıstan və bır sıra digər ölkələrdən, təxminən 10 yaxın ölkədən iştirakçı qatılacaq. Eyni zamanda bu ilki münsiflər heyəti də beynəlxalq olacaq”.
Təhsil naziri  Emin Əmrullayev onu da diqqətə çatdırıb ki, hazırda ölkə üzrə STEAM layihəsinə cəlb edilən şagird sayı 100 min nəfərdir. Qarşıdakı illərdə bu sayın 200-250 minə çatdırılması nəzərdə tutulur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO