İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır - İsa Həbibbəyli

İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır - İsa Həbibbəyli

Hazırda oxunan: İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır - İsa Həbibbəyli

106722

İran mahiyyət etibarilə türk dövlətidir. Belə ki, İran adlandırılan dövlətə ən qədim dövrlərdən başlayaraq Səlcuqlar, Xarəzmşahlar, Qəznəvilər, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Teymurilər, Səfəvilər, Əfşarlar, Qacarlar kimi Azərbaycan-türk sülalələri hökmdarlıq ediblər. Fars şovinistləri ayrı-ayrı dövrlərdə, xüsusən də XX əsrdə İranda rəhbərliyi zəbt ediblər.

Bizim.Media xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu gün AMEA-nın saytında yayımlanan məqaləsində deyib.

O qeyd edib ki, əsrlərboyu həmişə heç də mövcud rejimin bəyan etdiyi kimi İranda ümumi ünsiyyət dili fars dili deyil, Azərbaycan-türk dili olub.

“İndi də böyük şəhərlərdə müxtəlif millətlərin nümayəndələri bir-birləri ilə ünsiyyət yaratmaq üçün Azərbaycan dilində danışırlar. Lakin Prezident İlham Əliyevin də haqlı olaraq dediyi kimi, İranda məktəblərdə tədris olunmadığı üçün Azərbaycan dili məqsədli şəkildə “məişət dili" səviyyəsinə endirilib.

Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dili olan Azərbaycan dilinə süni yollarla çoxlu sayda ərəb-fars sözləri, yad ifadələr daxil edildiyi üçün orada dilimizin qrammatik quruluşu, bədii üslubu, danışıq dili xüsusiyyətləri ciddi yadlaşdırılma təsirlərinə məruz qalıb. İran rejiminin Azərbaycan dilinə bu cür təcavüz etməsi orada yaşayan azərbaycanlıların dilinin qorunub saxlanılmasını təhlükə altına salıb. Bütün bunlara görə İranda orta və ali məktəblərdə Azərbaycan dili mütləq sistemli və davamlı şəkildə tədris olunmalıdır”, - deyə AMEA prezidenti qeyd edib.

Akademik qeyd edib ki, azsaylı ermənilər üçün məktəblər, radio və kilsələr açan, qəzetlər çap edən İran İslam Respublikası çoxmilyonlu azərbaycanlıların ana dlində təhsil almaq hüququnu tanımalıdır.

“İranda yaşayan 35 milyondan çox azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum edilməsi insan haqlarına və ümumiyyətlə insanlığa tamamilə zidd, qəbuledilməz haldır. Cənubi azərbaycanlıların hüquqları bərpa olunmalı, haqq etdikləri bütün azadlıqlar onlara verilməlidir”, - deyə İ.Həbibbəyli əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO