Qərbdən maliyyələşən QHT-lərin GİZLİ PLANLARI – Sosioloq kimləri ittiham etdi? 

Qərbdən maliyyələşən QHT-lərin GİZLİ PLANLARI – Sosioloq kimləri ittiham etdi? 

Hazırda oxunan: Qərbdən maliyyələşən QHT-lərin GİZLİ PLANLARI – Sosioloq kimləri ittiham etdi? 

106673

Son zamanlar hər kəsin müşahidə etdiyi bir fakt var - gənclər evlənməkdən uzaqlaşırlar. Bəziləri bunu sosial problem kimi, bəziləri də trend kimi qəbul edir.

Bu gün cəmiyyətin düşünən beyinlərini, ziyalıların erkən nikahların olmağı qədər, gənclərin gec evlənməsi də narahat edir. Neçə-neçə ana-ata var ki oğul, qız toyu görmək arzusunda olsa da, hələ övladını evliliyə razı sala bilmir. Bəs, görəsən, bu məsələnin kökündə dayanan əsas səbəblər nələrdir? 

Mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandıran sosioloq Lalə Mehralı deyib ki, gənclər arasında evliliyə tələsməyənlərin çoxu pis nümunələrdən təsirlənənlərdir: 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın dirçəlişi üçün QHT-lər nə etməlidir? - MÜZAKİRƏ - FOTO


“Biz həmişə erkən nikahlardan narahat olmağa öyrəşmişik, amma bu gün bir problem də gənclərin gec ailə qurmasıdır. Bir çox gənc var ki, evliliyi əlavə vaxt, enerji itkisi, bir növ uduzmaq kimi qəbul edir. Onlar ailə quran gənclərin yaşadığı çətinliklərin şahidi olduqlarına görə, belə düşünürlər. Həm sosial problemlərin çoxluğu, həm maddi-mənəvi məsələlərdə şahidi olduqları neqativ hadisələrə görə, gənclərdə ailə qurmağa istəksizlik yaranır. Əksəriyyət kariyerasını düşünür, daha yaxşı gəlir əldə etməyin yollarını axtarır. Nəticədə müəyyən yaş keçdikdən sonra ailə qurmadan da yaşamağın mümkün olduğunu fikirləşərək heç evlənmək barədə düşünmürlər”.

Sosioloq qeyd edib ki, erkən yaşda ailə qurmaqla gec evlənməyi müqayisə etdikdə bunun özünün də çox təhlükəli vəziyyət olduğunu görürük: 

“Çünki gənclərin gec ailə qurması demoqrafik göstəricilərə birbaşa təsir edən məsələdir. Gənclər evliliyə gecikdikləri halda nəsillər dəyişmir, nəsilartırmada durğunluq yaranır. Onlar gələcəkdə övlad sahibi olmaqda da problem yaşayırlar. Buna görə, aktiv dövrdə ailə qurmaq önəmlidir”. 

Onun fikrincə, burada çox az söz açılan, amma önəmli təsirə malik bir məqam da Qərb institutlarının təsiridir:  
 

“Qərbdən maliyyələşən QHT-lər erkən nikahlara qarşı apardıqları mübarizəni bir qədər də gec evliliyə qarşı aparmalıdırlar. Erkən nikah 18 yaşa qədər olan dövrdə gerçəkləşdiyi halda sayılır. Bu yaşdan əvvəl baş tutmuş nikah insanın hüquq və azadlıqlarının əlindən alınmasıdır. Amma niyə 18 yaşdan sonra gəncləri gec evliliyə təşviq edirlər?


Bu, bir az müəmmalıdır. 22-23 yaşa qədər bir çox hallarda gənclər orta və ali təhsillərini tamamlamış olurlar. Bundan sonra onların qarşısında evlilik üçün maneə yoxdur. Lakin bəzi Qərb institutları karyera qurmağı, yaxşı gəlir əldə etməyi ön plana çəkirlər. Bunları ailədən daha vacib məsələ kimi qarşıya qoyurlar. Çox vaxt boşanmış qadınların, evlənməmiş oğlan və qızların uğur hekayələri barədə geniş verilişlər, süjetlər hazırlanır. Yəni, ailəni karyeranın önündə maneə kimi təqdim edirlər”. 

Lalə Mehralı qeyd edib ki, bu problem dövlətin müxtəlif sistemlərinə təsir edir:  

“Yeni nəsil köhnə nəslin yerini doldurmayanda boşluqlar yaranır. Buna görə təklif edirəm ki, erkən nikahlarla yanaşı, gec evliliklərlə bağlı da müzakirələr aparılsın. Gənclərin evliliyi gecikdirmələri keflərindən deyil. Bu məsələdə qeyd etdiyim kimi, həm Qərb institutlarının rolu, həm də cəmiyyətin özünün gərəkli-gərəksiz adət-ənənələrinin təsiri var”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO