Bakıda kran yolu bağladı, tıxac yarandı - FOTO

Bakıda kran yolu bağladı, tıxac yarandı - FOTO

Hazırda oxunan: Bakıda kran yolu bağladı, tıxac yarandı - FOTO

10661

Bakıda qaldırıcı kran avtomobillərin hərəkətinə mane olub.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib:

"Hazırda Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur. Kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb olub.

Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.

Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO