Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci Ümumrespublika Forumu keçirilib

Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci Ümumrespublika Forumu keçirilib

Hazırda oxunan: Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci Ümumrespublika Forumu keçirilib

106528
ADNSU tələbələri “Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci Ümumrespublika Forumu”x9dnda
bu gün Beynəlxalq Tələbələr Günüdür. Bu münasibətlə Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci Ümumrespublika Forumu”x9d keçirilib.

“Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci Ümumrespublika Forumu”x9dnda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 22 nəfər əcnəbi tələbəsi iştirak edib. Tədbirdə BBTK-nın sədri Aysəba Umutlu 2011-ci ildə keçirilən 1-ci forumdan ötən dövr ərzində təşkilatın uğurlu və yaddaqalan layihələrindən danışıb.
Forumun əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi gəncləri bir araya gətirmək, onlara özünü ifadə etmək imkanı vermək, layihənin icrası zamanı əcnəbi tələbələrin problemlərinin araşdırılması və maraq dairələrini öyrənmək, azərbaycanlı tələbələrlə əcnəbi tələbələr arasında ünsiyyətin möhkəmlənməsinə xidmət edən tədbirləri təşkil etməkdir. 
Bu gün Azərbaycanda 58 ölkənin 5 minə yaxın vətəndaşı təhsil alır. Əgər 1-ci forumda 18 ölkədən 200-ə yaxın tələbə iştirak edirdisə, bu gün həm ölkələrin, həm də iştirakçıların sayı xeyli artıb. Belə ki 2-ci forumda 25 ölkədən 300-dən çox tələbə iştirak edir.
“Təklif bizdən, dəstək sizdən”x9d devizi altında keçirilən forumda Bakıda təhsil alan əcnəbi tələbələr daha çox Beynəlxalq Gənclər Mərkəzinin yaradılması, onlar üçün heç olmasa 1 yataqxana binasının olması, bəzi tələbələrə dərsdən sonra qısamüddətli işləmək imkanının verilməsi, yaradıcı və istedadlı tələbələr üçün sərgilərin, eləcə də Azərbaycanı daha yaxından tanımaq məqsədilə xüsusi turların təşkil edilməsi kimi təkliflərlə çıxış ediblər. Səslənən təklif və fikirlər ətrafında gedən müzakirələrdə aidiyyatı qurumun nümayəndələri əcnəbi tələbələrin suallarını cavablandırıblar.
Azərbaycan mədəniyyətinə yüksək qiymət verən əcnəbi tələbələrin ifasında səslənən mahnı və rəqslər forumun gedişinə bir az da rəng qatıb.
Sonda təhsildə əldə etdiyi uğurlara, BBTK ilə sıx əməkdaşlığa, universitetlərin ictimai həyatında fərqləndiyinə görə bir qrup tələbəyə BBTK-nin xüsusi diplom, eləcə də hədiyyələri təqdim olunub. Əlavə olaraq BANM-ın rektoru forumda ən yaxşı çıxış edən əcnəbi tələbələrin bir qrupunu mükafatlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO