Nazirlik Bakıda qətlə yetirilmiş idmançı ilə bağlı paylaşım etdi

Nazirlik Bakıda qətlə yetirilmiş idmançı ilə bağlı paylaşım etdi

Hazırda oxunan: Nazirlik Bakıda qətlə yetirilmiş idmançı ilə bağlı paylaşım etdi

106504

Gənclər və İdman Nazirliyi Şağan idman arenasında qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin sosial şəbəkədəki hesabında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dava ölümlə bitdi – Polis şübhəlini saxladı 


"Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - paylaşımda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO