Türkiyədə “Azərbaycan” küçəsi açıldı - FOTOLAR

Türkiyədə “Azərbaycan” küçəsi açıldı - FOTOLAR

Hazırda oxunan: Türkiyədə “Azərbaycan” küçəsi açıldı - FOTOLAR

10635

İstanbulda “Azərbaycan” küçəsinin açılışı olub. 

Açılış mərasimində Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Gənc, İstanbul Böyük Şəhər Bələdiyyəsinin baş katibi Can Akrın Çağlar, Konsulluğun və bələdiyyənin əməkdaşları, eləcə də İstanbulda yaşayan, təhsil alan həmvətənlilərimiz qatılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Azərbaycan birgə təlimlərdən yeni görüntülər  - VİDEO

 

Açılış mərasimində çıxış edən konsul Nərminə Mustafayeva bildirib ki, İstanbulun ən böyük prospektlərindən birinə “Azərbaycan” adının verilməsini Azərbaycanla Türkiyə münasibətlərinin qardaşlıq telləri ilə bağlı olduğunu göstərir.  

Qeyd edək ki, İstanbulun Sarıyer rayonundakı “Cendere” xiyabanının adı dəyişdirilərək “Azərbaycan” adlandırılıb.

Belə bir təklif ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü əsasında Sarıyer Bələdiyyə Məclisinin qərarı ilə irəli sürülüb. 

Qərar İstanbul Böyük Şəhər Bələdiyyə Məclisində təsdiq olunub.

Xatırladaq ki, Heydər Əliyevin adını daşıyan park və heykəl də Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir.

Esmira Aslanova, Bizim.Media, İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO