Yol kənarlarının YAŞILLIQ ZOLAĞI – Büdcəni talan etməyin mənası nədir?

Yol kənarlarının YAŞILLIQ ZOLAĞI – Büdcəni talan etməyin mənası nədir?

Hazırda oxunan: Yol kənarlarının YAŞILLIQ ZOLAĞI – Büdcəni talan etməyin mənası nədir?

106333

Ölkəmizin yol infrasturukturunda yeniliklər göz önündədir. İndi ən ucqar yaşayış məntəqələrinə belə dövlət investisiya vəsaiti hesabına yol çəkilir, ətrafı abadaşdırılır. 

Lakin bəzən istənməyən mənzərələrlə də qarşılaşırıq.

Xüsusən turizm bölgələrinə gedən yolların ətrafında səliqə-sahman, yaşıllıq zolaqlarının baxımsız qalması narahat edici məqamlardır. Əməkdaşlarımız bu günlərdə Yevlax-Zaqatala-Gürcüstan, Oğuz-Şəki və Şəki-Qax avtomobil yolu istiqamətində müşahidələr aparıb, salınan yaşıllıq zolaqlarının son vəziyyəti ilə yerində maraqlanıb. 

Oğuzdan Şəkiyə gələn avtomobil yolun hər iki tərəfində əkin apaıldığını, tingliklərin salındığını müşahidə etmək mümkündür. Lakin bir qədər ləngidikdə, əraziyə yaxınlaşanda ürək ağrıdan mənzərə ilə qarşılaşırsan. 

Şəki-Oğuz yolunun Şəki şəhərinə giriş hissəsi. Bir vaxtlar bu yolun hər iki istiqamətində böyük yaşıllıqlar salınıb.

Lakin bu ağaclar bir müddət əvvəl kəsilib və yerində yeni tingliklər salınıb. Əfsuslar olsun ki, salınan tinglər baxımsızlıqdan həm də mühafizəsinin düzgün təşkil olunmadığından məhv olub gedir.

Şimal-Qərb bölgəsinin o cümlədən Şəkinin ekoloji problemlərinə dair bir sıra araşdırma və məqalələrin müəllifi Sadiq Fətəliyev deyir ki, bu mənzərə utancvericidir. Dövlət büdcəsinin talanmasından başqa bir şey deyil: 

“Meyvə ağcları əsasən payız aylarında əkilməlidir. Ağac əkilərkən baş hissə 70-80 sm dən qayçı ilə vurulmalıdır. Plyus, əkən müddətdə onun kökləri təzələnməlidir ki, o təzə kök atsın. O oturana, oturuşana kimi sulanmalıdır. Ancaq bu gün biz görürük ki, heç bir ağacın başı vurulmayıb eləcə gətirib basdırıb hətta qulluq da olunmayıb, ağaclar quruyub”. 

Həmsöhbətimiz bildirir ki, Şəki-Qax, yaxud Yevlax-Zaqatala-Gürcüstan magistralının kənarlarında bir vaxt yaşıllıq zolağı salınan ərazilərdə indi tinglikdən əsar-əlamət qalmayıb: 

“Yevlax-Zaqatala-Gürcüstan magistral boyu yol kənarlarında yaşıllıqların salındığını müşahidə etmək mümkündür. Lakin nəzarətsiz qalan mal-qara həmin yaşıllıqları da məhv edir”. 

Sadıq Fətəliyevlə birlikdə müşahidələrimiz zamanı görürük ki, Yevlax-Zaqatala- Gürcüstan magistralının Şəkinin Cəfərabad və Göybulaq kəndlərindən keçən hissədində ağac əkilib, amam onun 50-60 faizi quruyub:

“Mühafizə zolağı olsa da ağaclara qulluq olunmadığından quruyub. Deməli əkirlər, dibi bellənməliydi yaz başı, sulanmalıydı ki, ağac inkişaf eləsin. Ancaq bunların heç biri edilməyib ancaq mühafizəni qoyub gediblər. Ona görə də ağcların 60 faizdən çoxu quruyub. Buna aidiyyatı təşkilatın səhlənkarlığı deyərəm”.

AYDA-nın mətbaut katibi Anar Nəcəflinin isə məsələyə münasibəti birmənalı deyil.

O, qeyd edir ki, ölkə üzrə səkkiz müxtəlif ərazidə tinglik təsərrüfatları fəaliyyət göstərir və burada yetişdirilən müxtəılif ağac növlərinin yol kənarlarına əkilir:

”2019-2020 ci illərdə 200 minə yaxın ağac, kol bitkisi əkilib... 2021-ci ildə 150 minə yaxın... Ümumilikdə bizim 8 tinglik sahəmiz fəaliyyətdədir. İndiyə kimi bizim həmin tinglik sahəsində 250 mindən artıq ağac və kol bitkisi yetişdirilib və yol kənarlarında əkilib. Və hazırda 100 mindən artıq həmin tingliklərdə ağac yetişdirilir. Fəsildən aslı olaraq həmin tingliklərdə yetidirilən tinglər təhkim zolaqlarında əkilməsi təmin olunur. Təbii ki, bizim tərəfimizdən həmin yaşıllıqlar qorunur, mütəmadi olaraq ora baxış keçirilir, lazım olan qulluq olunur, suvama sisteməridir, mütəmadi olaraq suvarılması işləri təmin edilir. Amma yol kənarında onların çəpərlənməsi məqsədəuyğun deyil. Çəpərlənmədiyindən də müəyyən problem yaşanır, mal-qaranın girməsi, digər tərəfdən vətəndaşlar tərəfindən müəyyən ziyanın vurulması halları var”.  

Anar Nəcəfli yol kənarlarının yaşıllaşdırılmasında yerli sakinlərin də bu məsələdə məsuliyyət daşıdığını diqqətə çatdırıb:

“Vətəndaşlar bizə yardım etməli, neqativ hallar haqqında məlumat verməlidirlər.”

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO