Fərhad Əhmədovun şirkəti MƏHKƏMƏYƏ VERİLDİ

Fərhad Əhmədovun şirkəti MƏHKƏMƏYƏ VERİLDİ

Hazırda oxunan: Fərhad Əhmədovun şirkəti MƏHKƏMƏYƏ VERİLDİ

106275

Milyarder iş adamı Fərhad Əhmədova məxsus “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Türkiyə şirkəti olan “Airland İklimlendirme ticraret” LTD tərəfindən “Aznar” barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ - Fərhad Əhmədov Rusiyaya casusluqda şübhəli bilinir?


İddiada qeyd edilib ki, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb. İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, bir neçə gün öncə Fərhad Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılaraq dindirilib. Onun adı şəhid polkovnik Babək Səmidlinin ordudakı qanunsuzluqlarla bağlı səs yazısının yayılmasında hallanırdı.  Belə ki, biznesmen məlum səs yazısını qeydə aldığını etiraf etsə də, səsin kim tərəfindən yayıldığı bəlli deyil.

Məlumat üçün bildirək ki, F.Əhmədov "Aznar"ın Müşahidə Şurasının sədridir. O, 1,7 milyard dollar sərvətlə dünyada 49-cu ən varlı insan hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO