Xətai rayonunda qazın kəsilmə səbəbi açıqlandı - RƏSMİ

Xətai rayonunda qazın kəsilmə səbəbi açıqlandı - RƏSMİ

Hazırda oxunan: Xətai rayonunda qazın kəsilmə səbəbi açıqlandı - RƏSMİ

10627

Səhər saatlarından etibarən Bakı şəhərinin Xətai rayonunda təbii qazın verilməsində məhdudiyyətlər yaranıb. 

Bununla bağlı sosial şəbəkələrdə Xətai rayon sakinləri məlumat veriblər. 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Bizim.Media-ya açıqlamasında qeyd olunan rayonda magistral qaz kəmərində təmir işlərinin aprıldığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Mexaniki sayğaclarla niyə çox pul yazıb? - Nazirlikdən açıqlama


“”Qaz İxrac" İdarəsinin “Digah-Böyük Şor” magistral qaz kəmərinin 6,4-cü km-də əmələ gəlmiş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri aparılır.

Səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Xətai rayonunun Babək, Xocalı, Nobel prospektləri, Y.Səfərov, F.Bayramov, S.Vəzirov, M.Mehdizade, İ.Orucova küçələri, NZS qəsəbəsi, UPD yaşayış massivi, Əhmədli kəndi və digər bir neçə yaşayış məntəqəsində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb”.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO