Din xadimlərindən TƏLƏB:

Din xadimlərindən TƏLƏB: "İranın dövlət quruluşu ilə bağlı referendum keçirilsin"

Hazırda oxunan: Din xadimlərindən TƏLƏB: "İranın dövlət quruluşu ilə bağlı referendum keçirilsin"

106261

Sistan və Bəluçistan əyalətindən olan bir qrup sünni din xadimi ölkənin idarəçiliyi və dövlət quruluşu ilə bağlı referendumun keçirilməsini tələb edib. 

Bizim.Media "Azad İran" teleqram kalına istinadən xəbər verir ki, 43 ildir idarəçiliyin bərbad gündə olduğunu bildirən din xadimləri ölkənin gələcəyi ilə bağlı keçirilməsi tələb olunan referendumda beynəlxalq nəzarətçilərin iştirakını vacib hesab ediblər. 

"İnsan haqları sahəsində, idarəçilikdə, məhbusların, tələbələrin, qadınların, uşaqların və sünni məzhəbli vətəndaşların hüquqları pozulub. Bu səbəbdən dövlət idarəçiliyində əsaslı dəyişikliklərin edilməsi zəruridir",- deyə din xadimləri bildiriblər. 

Onlar fikir və söz azadlığının İran xalqlarının haqqı olduğunu deyib, ölkənin yalnız bir din, dil, fikir və partiyaya mənsub olanlara aid olmadığını vurğulayıblar. 

Həmçinin sünni ruhanilər molla rejimindən etirazçıları xarici ölkələrin əlaltısı kimi qələmə verməkdən, onlara separatçı damğası vurmaqdan çəkinməyi, bütün məhbusları azad etməyi tələb ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO