Zorakılıq törədənlər reabilitasiyaya CƏLB OLUNACAQ 

Zorakılıq törədənlər reabilitasiyaya CƏLB OLUNACAQ 

Hazırda oxunan: Zorakılıq törədənlər reabilitasiyaya CƏLB OLUNACAQ 

106242

"2019-cu il Sabunçu rayonunda yerləşən orta məktəblərdə həyata keçirdiyimiz və pandemiya səbəbindən dayandırdığımız layihəyə yenidən start vermişik. Məqsəd məişət zorakılığına məruz qalmış uşaqlarlı müəyyən etməkdir". 

Bizim.Media xəbər verir ki, bunu Sabunçu rayon icra başçısının müavini Rəna Fərəcova "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” Media müstəvisində adlı tədbirdə deyib. 

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar layihə 10 ay dayandırılmışdı:

"Bu ilin yanvar ayından layihəyə yenidən start verilib. Hər ayın sonunda uşaqlarla görüşlər keçirilir. Məişət zorakılığına məruz qalmaları barədə söhbətlər aparılır".

Rəna Fərəcova Sabunçu rayonunda daha bir layihə üzərində çalışdıqlarını qeyd edib. O, bildirib ki, sözügedən rayonda məişət zorakılığı törədənlərin reabilitasiyaya cəlb olunmasına başlanılacaq:

"Bu, çox çətin layihə olacaq. Çünki o şəxslər zorakılıq etdiklərini boyunlarına almırlar. Amma istənilən halda onlarla reabilitasiya keçmək müsbət nəticə verəcək".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO