“Məhkəmə qərarları icra olunmur” – Qüdrət Həsənquliyevdən İRAD 

“Məhkəmə qərarları icra olunmur” – Qüdrət Həsənquliyevdən İRAD 

Hazırda oxunan: “Məhkəmə qərarları icra olunmur” – Qüdrət Həsənquliyevdən İRAD 

106211

“Məhkəmə qərarlarının icra olunmasında ciddi nöqsanlar var”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib. 

“Vətəndaşlar üçün heç bir əhəmiyyəti yoxdur ki, qərar ədalətli və ya ədalətsizdir. Çünki qərarlar icra olunmur.

Düşünürəm ki, hakimlər qərarların icrasına nəzarət etməlidirlər. Ona görə də təklif edirəm ki, dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılsın. Əgər məhkəmə qərarları icra olunmursa, bu investorları da yatırımlar etməkdən çəkindirir”, - deyə deputat əlavə edib. 

Qüdrət Həsənquliyevin sözlərinə görə, bu istiqamətdə ciddi islahatların keçirilməsinə ehtiyac var.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO