Gəncə İdman Sarayında işlər sürətlə davam edir - FOTO

Gəncə İdman Sarayında işlər sürətlə davam edir - FOTO

Hazırda oxunan: Gəncə İdman Sarayında işlər sürətlə davam edir - FOTO

106156

Gəncədə tikilən yüksək standartlara cavab verən idman sarayında işlər sürətlə davam edir.

Bizim.Media-nın yerli bürosundan verilən məlumata görə, sarayın otel bölməsində yekun tərtibat işləri həyata keçirilir.

Havalandırma, soyutma, yanğından mühafizə və zəif axın bölmələrinin kommunikasiyaları yekunlaşır, atıcılıq zalının tavanında metal-konstruksiya üzərində yeni dəmir beton döşəmə tikilib.

Bununla yanaşı, yeni SPA, fitnes, şahmat zalı, yoqa və aerobika zallarının inşası da davam etdirilir.

Binada 11 lift layihələndirilib ki, bunlardan ikisi sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulub. Yan fasadlarda vitraj işləri görülür. Hazırda xaricdən alınan havalandırma avadanlıqlarının qalan hissəsi nəql olunur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov idman sarayına baş çəkib, burada aparılan işlərlə yerində tanış olub. 

Qeyd edək ki, Gəncə İdman Sarayı 2092 yerlik böyük idman zalı, 1410 yerlik tamaşaçı zalı, 100 nəfərlik restoran və 160 çarpayılıq otel tutumlu olacaq. İki mətrəbəsi zirzəmi və əlavə iki mərtəbədən ibarət olan Gəncə İdman Sarayında beynəlxalq standartlara cavab verən böyük idman zalı, üzgüçülük hovuzu nəzərdə tutulub. Bununla yanaşı, burada beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

Məqsəd Rəhimov Bizim Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO