Azadlıq metrosunun çıxışında İZDİHAM yaşanır - SƏBƏBİ 

Azadlıq metrosunun çıxışında İZDİHAM yaşanır - SƏBƏBİ 

Hazırda oxunan: Azadlıq metrosunun çıxışında İZDİHAM yaşanır - SƏBƏBİ 

106134

Paytaxtın Azadlıq metrosu ərazisinin görüntüləri yayılıb. 

Bizim.Media “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, metronun çıxışında yerləşən avtobus dayanacağında sıxlıq yaranıb. 

Sıxlığa səbəb Binəqədi, Fatmayı, Mehdiabad kəndlərinə gedən avtobusların hərəkətində gecikmə olub.  

Sakinlərin sözlərinə görə, “Baksol” yolunda aparılan təmir işləri Bakıətrafı kəndlər istiqamətində hərəkəti tamamilə iflic edib. Bu isə ictimai nəqliyyatın hərəkətində gecikmələrə gətirib çıxarıb. 

Sakinlər qeyd edib ki, onlara alternativ yollardan istifadə etmələri ilə bağlı göstəriş verilsə də, həmin yolların istiqaməti barədə məlumat verilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO