Vətəndaşların nəzərinə: Yeni il ərəfəsində uzunmüddətli yarmarkalar TƏŞKİL OLUNACAQ – RƏSMİ 

Vətəndaşların nəzərinə: Yeni il ərəfəsində uzunmüddətli yarmarkalar TƏŞKİL OLUNACAQ – RƏSMİ 

Hazırda oxunan: Vətəndaşların nəzərinə: Yeni il ərəfəsində uzunmüddətli yarmarkalar TƏŞKİL OLUNACAQ – RƏSMİ 

106100

Bakıda hər il ənənəvi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarından ibarət yarmarkalar təşkil edilir.

Bu cür yarmarkaların keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması və süni qiymət artımının qarşısının alınmasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Bizim.Media-ya açıqlamasında bu il bir qayda olaraq yeni il ərəfəsində yarmarkaların keçiriləcəyini bildirib:

“Nəzərdə tutulur, gələn ayın əvvəllərində tam yəqinləşəcək. Amma həftəsonu yarmarkalarımız başlayıb. Şənbə bazar iki ünvanda – “Gənclik” metrostansiyasının çıxışında və Xırdalanda fəaliyyət göstərir. 31 dekabr ərəfəsində də ənənəyə uyğun uzun müddətli yarmarkalar təşkil oluna bilər. Konkret qərar isə dekabrın əvvəlində veriləcək”.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil edəcəyi satış yarmarkaları ənənəyə uyğun olaraq dekabrın ikinci həftəsindən sonra başlayır. 

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO