Fermadan oğurluq edən şəxslərin digər cinayət əməllərinin də ÜSTÜ AÇILDI 

Fermadan oğurluq edən şəxslərin digər cinayət əməllərinin də ÜSTÜ AÇILDI 

Hazırda oxunan: Fermadan oğurluq edən şəxslərin digər cinayət əməllərinin də ÜSTÜ AÇILDI 

106091

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Peyk kəndi ərazisində yerləşən fermaların birindən 73 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakinləri Famil Rzayev və Şəhriyar Əsədli saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf ediblər.

Onlar oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanların bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Heyvanların digər qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişə geri qaytarılıb.
Bundan əlavə, polis əməkdaşları tərəfindən F.Rzayevin və Ş.Əsədlinin ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onların digər bir cinayət əməllərinin üstü də açılıb. 

Belə ki, həmin şəxslərin cari ilin oktyabr ayının əvvəlində rayonun Düzənlik kənd ərazisində yerləşən fərdi təsərrüfatların birindən 2 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb. 

Saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO