Ötən gün ölkə mətbuatı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevlə bağlı ittiham xarakterli yazı dərc edib. Yazıda Şəmsəddin Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru olduğu zaman universitetə malların alınması, işlərin və xidmətlərin görülməsi üçün öz qardaşı oğlu Cavid Fəxrəddin oğlu Hacıyevin direktoru olduğu “Turan-2009 ”x9d MMC vasitəsi ilə 667.475 manatı mənimsədiyi bildirilib.
Yazıda o da qeyd olunur ki, “Turan-2009”x9dun universitetə 667.475 manat məbləğində borcunun olduğu MMC rəhbərliyi ilə ali təhsil ocağının sabiq rektoru Şəmsəddin Hacıyev tərəfindən imzalanaraq təsdiq edilmiş üzləşmə aktı və digər rəsmi sənədlərlə də təsdiqlənib. Bildirilir ki, həmin sənədlərin məhkəməyə təqdim edilməsinə baxmayaraq, “Turan-2009”x9d MMC-nin rəhbərliyi mənimsənilən pulun ADİU-ya qaytarılmasından imtina edir....
Yayılan məlumatda bildirilir ki, ADİU ilə tenderin qalibi olmuş “Turan-2009”x9d MMC arasında bağlanan müqavilələr məhkəməyə təqdim edilib.
Modern.az saytı yayılan informasiya ilə əlaqədar təəflərdən münasibət öyrənməyə çalışıb. “Turan-2009”x9d MMC-nin Texniki və inzibati işlər üzrə nümayəndəsi Azər Köçəriyev saytımıza bunları deyib:
“ Mətbuatda dərc edilən yazı iə bağlı bidirmək istəyirik ki, göstərilən məlumatlar yalnış olmaqla, həm də qeyri- real informasiyadır. Yazıda göstərilən üzləşmə aktından da göründüyü kimi, “Turan-2009”x9d MMC-nin Azərbaycan Dövlət İqtisad Universitetinə olan borcu 667.000 manat deyil, 417.400 manatdır. Eyni zamanda ADİU-da görülmüş işlər dövlət büdcəsindən deyil, universitetin xüsusi vəsaiti hesabına həyata keçirilib və həmin işlərin görülməsi nəticəsində “Turan-2009”x9d MMC-nin universitetə 417.400 manat borcu yaranıb və həmin borc universitetin sabiq rektoru Şəmsəddin Hacıyevin təkidi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin maraqları çərçivəsində üzləşmə aktının tərtib olunması və imzalanması ilə təsdiqlənib. Digər tərəfdən ADİU-nin sifarişinə əsasən, həmin dövrdə görülən müxtəlif işlər və xidmətlərə görə universitetin “Turan-2009”x9d MMC-yə 475.000 manat məbləğində borcu yaranıb. Lakin qarşılıqlı olaraq borcların üzləşdirilib əvəzləşdirilməsi məsələsi tərəfimizdən dəfələrlə Azərbaycan Dövlət İqtisad Universiteti qarşısında qaldırılsa da, sənədləşmə işləri aparılmayıb. Bundan sonra üzləşmə aktını əsas tutaraq ADİU-nin yeni rəhbərliyi borcun ödənilməsinə dair 1 saylı Bakı İqtisadi-İnzibat Məhkəməsinə müraciət edib. “Turan-2009”x9d MMC də öz növbəsində əvəzləşdirilmə aparılması və borc qalığı 58.000 manat olan bütün sənədləri məhkəməyə təqdim edib. Hazırda bununla bağlı olaraq məhkəmə araşdırılması aparılır və güman edirik ki, yaxın vaxtlarda müvafiq qərar olacaq. Bütün hallarda biz şirkət olaraq məhkəmənin qərarına hörmətlə yanaşacağıq”x9d.































































































