Gəncədə binada qaz partladı - Ölən və yaralananlar var 

Gəncədə binada qaz partladı - Ölən və yaralananlar var 

Hazırda oxunan: Gəncədə binada qaz partladı - Ölən və yaralananlar var 

105941

Gəncədə binada qaz partlayışı nəticəsində ölən və xəsarət alanlar var. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib.   

Yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.  

Həkimlərin səyinə baxmayaraq, 2020-ci il təvəllüdlü Z.Musayeva dünyasını dəyişib, 3 nəfərin isə vəziyyəti orta ağırdır. Partlayışın baş vermə səbəbləri araşdırılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO