Müəyyən edilən maliyyə ödənişi yerinə yetirilmədiyindən “Bozdağ” film şirkətinin Vətən müharibəsi ilə bağlı serialın çəkilişlərini dayandırması barədən yayılan söhbətlər əsassızdır.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, “Bozdağ” film şirkətinə maliyyə vəsaitinin ödənilməməsi ilə bağlı fikirlər yanlışdır:
“Maliyyə prosedurları icra olunub. Hazırda “Bozdağ” film şirkəti ilə əməkdaşlığımız davam edir və Vətən Müharibəsini özündə əks etdirən 8 seriyalı filmin çəkilişləri ilə bağlı ssenarinin yazılması, hazırlıq dövrü, məkanların axtarışı, aktyorlarla iş kimi proseslərin bəziləri bitib, bəziləri isə davam edir. Çəkilişlərə isə gələn il mart ayında başlanılacaq. Bu barədə bir neçə gün öncə şirkətin rəhbəri Mehmet Bozdağ da Azərbaycan mediasına açıqlamasında bildirib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 23.11.2022
Vətən müharibəsindən serial çəkən Türkiyə şirkətinə pul ödənildi
Hazırda oxunan: Vətən müharibəsindən serial çəkən Türkiyə şirkətinə pul ödənildi
Hazırda oxunan: Vətən müharibəsindən serial çəkən Türkiyə şirkətinə pul ödənildi
105868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.