Azərbaycanın şimal-qərb bölgəsini, tam mübağiləsiz, məbədlər diyarı adlandıra bilərik. Qədim yunan tarixçisi və coğrafiyaçısı Strabon da, məhz bu fikirdə idi. O, Albaniyanın şimal-qərbini dünyada ən çox məbədi olan yer, yəni, məbədlər diyarı adlandırıb.
Bu dəfə haqqında söhbət açacağımız tarixi məbəd - Dəvəboynu məbədi Balakənin Qazbinə kəndində, kiçik bir dağın üstündə yerləşir. Unikallığı ilə seçilən Dəvəboynu alban məbədi baxımsızlıqdan dağıntılara məruz qalıb. Abidə hazırda sadəcə daş yığınına çevrilib.
Tarix üzrə fəlsəfə doktoru, Şimal-Qərb bölgəsi tarixinin araşdırmaçısı Akif Məmmədli abidənin tarixi və etimalogiyası haqqında Bizim.Media-ya danışıb. Onun sözlərinə görə, Balakəni təsadüfən məbədlər diyarı adlandırmırlar.
Bu ucqar bölgəmizdə 100-dən artıq dövlət qeydiyyatına alınan tarix-memarlıq abidəsi var:
“Belə memarlıq abidələrindən biri Dəvəboynu məbədidir. 1700 illik tarixə malik abidə dağlıq ərazidə yerləşir. Son 20 ildə bəlkə 30-40 dəfə bu məbəd haqqında yazıb, televiziyalara müsahibələr verib, sosial şəbəkələr vasitəsilə müvafiq qurumlara müraciət ünvanlamışam.
Lakin bu günədək hələ də bu abidə qeydə alınmayıb, üzərinə lövhə vurulmayıb”.
“Hər dəfə gedəndə bir yerinin dağıdıldığını görürəm. Buna laqeyd qalanların adı Vətənə xəyanət edənlərlə eynidir. Dəvəboynu məbədinin ətrafında bol zəfəran da bitib. Tanrı və təbiət bu qədər zənginliklər vermişkən, bizlər niyə bu qədər laqeyd və vecsiz olmuşuq”, - deyə alim əlavə edir.
Tarixçi alim qeyd edir ki, Balakən ərazisində yüzlərlə belə memarlıq abidəsi var və onlara sahib çıxıb, zamanında qeydiyyata alınması, araşdırılması vacibdir:
“Çünki hər bir tarixi abidənin araşdırılması keçmişimizə işıq tuta, gələcəyimizə yol göstərə bilən məlumatlarla zəngindir”.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 23.11.2022
Balakəndə baxımsız qalan 1700 illik DƏVƏBOYNU ABİDƏSİ - Aidiyyəti qurumlar HARA BAXIR?
Hazırda oxunan: Balakəndə baxımsız qalan 1700 illik DƏVƏBOYNU ABİDƏSİ - Aidiyyəti qurumlar HARA BAXIR?
Hazırda oxunan: Balakəndə baxımsız qalan 1700 illik DƏVƏBOYNU ABİDƏSİ - Aidiyyəti qurumlar HARA BAXIR?
105858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.