Bu tamaşadakı aktyorların qonorarları hələ də ödənilməyib – RƏSMİ AÇIQLAMA

Bu tamaşadakı aktyorların qonorarları hələ də ödənilməyib – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bu tamaşadakı aktyorların qonorarları hələ də ödənilməyib – RƏSMİ AÇIQLAMA

105839

Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin ingilis dilində nümayiş edilməsindən sonra sözügedən tamaşada rol alan aktyor və aktrisa heyətinin qonorar almaması məsələsi gündəmdədir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda bununla bağlı iş gedir.

Qeyd olunub ki, bu ilin mart ayından Mədəniyyət Nazirliyinin dəstəyi ilə müxtəlif teatrlardan seçilmiş 10-12 nəfər gənc aktyorlarla ingilis dili kurslarına başlanılıb: 

“Kursun bütün xərcləri nazirlik tərəfindən ödənilib. Bu, adi ingilis dili kurslarından fərqlənirdi, çünki burada metodika fərqli idi, aktyorlar dili pyes üzərində məşqlərlə öyrənirdilər. Biz bir neçə variantlar arasında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri üzərində dayandıq. 

Məqsədimiz gənclərə xarici dil öyrətməklə yanaşı, həm də öz dilini sevməyi, öz dinin dəyərini anlamağı aşılamaqdır. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova həm də bu yeni variantın müəllifidir. Aktyorlara Mədəniyyət Nazirliyi tərəfindən qonorarların ödənilməsi məsələsinə gəldikdə isə bununla bağlı işlər aparılır. 
Həmçinin digər teatrlardan cəlb olunan aktyorlarla Azərbaycan Dövlət Akademik Musiqili Teatr tərəfindən müqavilə bağlanılıb, onlar hər dəfə tamaşa oynadıqca qonorar alırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO