QMİ nümayəndəsinin oğluna HÖKM OXUNDU 

QMİ nümayəndəsinin oğluna HÖKM OXUNDU 

Hazırda oxunan: QMİ nümayəndəsinin oğluna HÖKM OXUNDU 

105832

Həcc ziyarəti zamanı tanış olduğu şəxsdən gömrükdən mal keçirmək adı ilə pul almaqda ittiham olunan Hüseynağa Şahmarovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Hüseynağa Şahmarovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona şərti cəza verilib.

İstintaq orqanı tərəfindən Hüseynağa Şahmarovun barəsuində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib. 

İttihama görə, H.Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Məkkədə Həcc ziyarətində olarkən tanış olduğu Ceyhun adlı şəxsdən 4 min manat pul alıb. 

Belə ki, H.Şahmarov Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 TIR mal olduğunu və idarədən buraxılmadığını öyrənib. Təqsirləndirilən şəxs Ceyhuna həmin malları gömrük yoxlanışından sürətli şəkildə keçirəcəyinə dair vəd verib. 

Orada çalışan Dövlət Vergi Xidmətinin əməkdaşları ilə şəxsi tanışlıqları sayəsində 2 maşın malı ərazidən buraxdırıb. 

Üçüncü maşında riskli mallar olduğu üçün idarədən buraxılmayıb. 

Bu zaman Ceyhun etiraz edərək, mallarının buraxılmağı üçün pul verdiyini deyib. 

Bundan sonra işin üstü açılıb və Ceyhun H.Şahmarova hər maşına görə 2 min manat pul verdiyini bildirib.

Qeyd edək ki, H.Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, "Təzə Pir" məscidində imamın müavini işləyən Hacı Tahirin (Tahir Şahmarov) oğludur.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO