İmişlidə maşın aşdı - 2 nəfər öldü

İmişlidə maşın aşdı - 2 nəfər öldü

Hazırda oxunan: İmişlidə maşın aşdı - 2 nəfər öldü

105731

Daxili İşlər Nazirliyi İmişlidə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra orada vəfat edib.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO