Tələbələrə DİPLOM verilməyəcək – Yeni QANUNA GÖRƏ…

Tələbələrə DİPLOM verilməyəcək – Yeni QANUNA GÖRƏ…

Hazırda oxunan: Tələbələrə DİPLOM verilməyəcək – Yeni QANUNA GÖRƏ…

105694

Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da ali məktəb diplomlarının verilmə prosesinin elektronlaşdırılması məsələsi son zamanlar aktuallıq kəsb etməyə başlayıb. İndiyə qədər məzunlara kağız daşıyıcılar üzərində olan diplomlar verilirdi.

Lakin həmin diplomun itməsi və yararsız hala düşməsi təhlükəsi var. Məlumatlara görə, son 5 ildə 3 minə yaxın diplom itib və ya yararsız vəziyyətə salınıb. Digər tərəfdən, kağız diplomların saxtasını hazırlamaq da mümkündür. Elektronlaşmadan sonra isə bu problemlər birdəfəlik yox olacaq. Yəni əlçatanlıq və təhlükəsizliyin təmin edilməsi baxımından elektron diplomlar mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda elektron diplomların verilməsi prosesi və onun tətbiqi nə dərəcədə realdır?

Bizim.Media-ya açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Anar İsgəndərov bildirir ki, yaşadığımız zamanda elektron diplomların verilməsinə ciddi ehtiyac var. Bu mənada onun tətbiqi müasir dövrün tələbi olmaqla yanaşı, tam realdır:
 

MÖVZU İLƏ BAĞLI:

“Qırmızı diplom heç bir üstünlük təmin etmir” –  İqtisad Universitetinin rektoru


“Ali Təhsil Haqqında” Qanun layihəsi Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirəyə çıxarılıb. Bu mövzuda ali məktəb rektorları ilə də müzakirələr keçirilib. Nəzərdə tutulub ki, məsələ sırf mütəxəssislərin iştirakı ilə də müzakirə olunsun. Amma birmənalı olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına hazırdır.

Layihədə təbii ki, distant təhsil, elektron diplomlar məsələsi də nəzərdə tutulub. Milli Məclisin layihəni qəbul etməsindən sonra bu istiqamətdə Azərbaycan təhsili üçün boşluq yaradan məsələlər də öz həllini tapacaq.

Təhsil işçisi kimi deyə bilərəm ki, dünyada ən ədalətlisi tələbə ilə üz-üzə oturmaq, onun yerişinə, danışığına, biliyinə qiymət verilməsidir. Qədim dünyada da, Pifaqorda, Platonda da belə olub. Ancaq inkişafı da inkar etməməli, onu da qəbul etməliyik. Test imtahanının əsas uğuru heç kimin heç kimdən şübhələnməməsidir.
Elektron diplom XXI əsrin uğurudur, onu inkar edə bilmərik. Müasir dövr elektron diplomların olmasını tələb edir. İnkişaf etmiş ölkələrdə bu proses həyata keçibsə, Azərbaycanda niyə olmasın? Bir xalq olaraq həmin xalqlardan heç bir geriliyimiz yoxdur. Elektron diplomların verilməsi bu sahədə irəliyə doğru addım olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO