Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 29 taksi sürücüsü məsuliyyətə CƏLB OLUNDU

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 29 taksi sürücüsü məsuliyyətə CƏLB OLUNDU

Hazırda oxunan: Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 29 taksi sürücüsü məsuliyyətə CƏLB OLUNDU

105662

Bakıda 29 taksi sürücüsü qadın sərnişinlərə qarşı qeyri-etik təkliflər edib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.
Onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO