Abşeronda polis ƏMƏLİYYATI – Quldurluq edən şəxs yaxalandı

Abşeronda polis ƏMƏLİYYATI – Quldurluq edən şəxs yaxalandı

Hazırda oxunan: Abşeronda polis ƏMƏLİYYATI – Quldurluq edən şəxs yaxalandı

105649

Paytaxtda 62 yaşlı qadını qarət edən şəxs tutulub.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsindəki bankomatların birində 2 nəfərin Bakı şəhər sakini olan 62 yaşlı qadına hesabından pulunu çıxarmalarına kömək etmələri, sonradan isə onu təqib edərək içərisində 283 manatı, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Orxan Cəfərov və Hacıqabul rayon sakini Əfqan Haqverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO