“Çilləyə qarpız kəsib girərdilər, narı yerə çırpıb çıxardılar” -  FOLKLORŞÜNAS

“Çilləyə qarpız kəsib girərdilər, narı yerə çırpıb çıxardılar” -  FOLKLORŞÜNAS

Hazırda oxunan: “Çilləyə qarpız kəsib girərdilər, narı yerə çırpıb çıxardılar” -  FOLKLORŞÜNAS

10555

Çillədən çıxmağımız “ilaxır” çərşənbə ilə yekunlaşır. Lakin qədimlərdə “çilləyə girmək” deyilən bir anlayış da olub. Belə anlayış unudulub, uzun illərdir haqqında danışılmır.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında folklorşünas Atəş Əhmədli kiçik çillənin girməsindən danışarkən söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda çərşənbələr 7 dəfə keçirilməldir” – Folklorşünas bunun izahını verdi 


“Çilləyə girmə anımız isə dekabr ayının 21-nə təsadüf edir. Xalq təqviminə görə, böyük çillə 40 gün davam edir. Fevral ayının 1-də böyük çillə çıxır,  kiçik çillə girir. Bunun da dövrü 20 gündür.

Ondan da sonra boz ay dövrü  gəlir. Boz ay da çərşənbələrin olduğu aylara deyilir. Cənub, qərb bölgəsində və Naxçıvanda çillə gecəsi mərasimi keçirilir. Volqa çayı boyunca olan türk xalqlarının da çillə mərasimi təşkil etmək kimi adətləri var”. 

Folklorşünas əlavə edir ki, çillə mərasimi ona görə keçirilir ki, insanlar qışın tez bitməyini istəyirlər, həmin gün günəşi qarşılayırlar.

Naxçıvanda isə çillə qarpızın kəsilməsi mərasimi ilə başlayır. Qarpızın içərisindəki olan o çalarların rənglərinə görə qışın necə keçəcəyini müəyyən edirlər. Al qırmızı qışın sərt, bir qədər açıq qırımızı isə fəslin mülayim keçəcəyindən xəbər verir.

Daha sonra bir adət də var. Nişanlı qızlara çillə qarpızı da aparırlar. Bu adətlərin hamısı Novruz bayramlarının tərkib hissəsinə daxildir.

Çillədən çıxmaq mərasimi məhz çilləyə girmə mərasimində başlayır. Çilləyə girmək çətinliyə daxil olmaq deməkdir. Çillədən çıxmaq isə “ilaxır” çərşənbəsinin qarşılanması ilə başa çatır.

Çillə gecəsində Sibir türkləri, Güney Azərbaycan türkləri nar meyvəsini rəmzi inanc olaraq seçiblər.

Narı yerə çırpırlar, yerə dağılan dənələr yazın rüzili olacağı xəbəri kimi yozulur. Qədim türklərdə Böyük Çillə bayramı, Qara Tun (Böyük Gün, Uzun Gecə) adlanardı”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO