10 min əhalisi olan qəsəbəyə 6 avtobus İŞLƏYİR – Marşrut xətti MÜSABİQƏYƏ çıxarıldı

10 min əhalisi olan qəsəbəyə 6 avtobus İŞLƏYİR – Marşrut xətti MÜSABİQƏYƏ çıxarıldı

Hazırda oxunan: 10 min əhalisi olan qəsəbəyə 6 avtobus İŞLƏYİR – Marşrut xətti MÜSABİQƏYƏ çıxarıldı

105545

Bakının Türkan qəsəbəsinin sakinləri 101 saylı marşrutun intervalından narazıdırlar. Türkan “Koroğlu” metro stansiyası marşrutu üzrə hərəkətdə olan avtobusların istismar müddəti çoxdan bitib.

Bu barədə Bizim.Media-ya müraciət edən qəsəbə sakinlərinin sözlərinə görə həddindən artıq köhnə olan avtobusların hərəkət sxemi pozulub və ciddi gecikmələrlə işləyir.

Sakinlər illərdir sözügedən marşrutun sistemsizliyindən və istismara yararsızlığından təngə gəldiklərini qeyd ediblər. Dediklərinə görə dəfələrlə Bakı Nəqliyyat Agentliyinə müraciət etsələr də, onlara qurumdan tutarlı cavab gəlmir. 
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev 101 saylı marşrutun acınacaqlı vəziyyətdə olduğunu təsdiqləyib və həmin xəttin müsabiqəyə çıxarıldığını bildirib:

“Həmin avtobusdan bizə də çoxsaylı vətəndaş şikayətləri gəlir və həmin xəttə sərnişindaşıma fəaliyyəti qənaətbəxş deyil. Hazırda o istiqamətdə tədbirlər görülür. Mövcud daşıyıcılar tərəfindən müsbətə doğru hər hansı addım atılmayıb. Bu xətt üzrə məsələ qaldırılıb və həmin avtobus müsabiqəyə təqdim olunub. Yeni daşıyıcının məlum olması və yeni hallarla bağlı qanunauyğun işlər görülür”.

Mais Ağayev qeyd edib ki, hazırda sözügedən istiqamət üzrə 6 avtobus xəttədir:

“Avtobus sayı azdır və son vaxtlar interval pozulub. Müsabiqə nəticəsində yeni daşıyıcı bəlli olacaq”. 

Məlumat üçün bildirək ki, Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO