Sabiq nazir Nazirlər Kabinetinə müraciət yazdı...

Sabiq nazir Nazirlər Kabinetinə müraciət yazdı...

Hazırda oxunan: Sabiq nazir Nazirlər Kabinetinə müraciət yazdı...

105542
Sabiq nazir məcburi köçkünlərin məsələsini qaldırdı

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd olmuş sabiq daxili işlər naziri İsgəndər Həmidov  Nazirlər Kabinetinə, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədova rəsmi məktubla müraciət edib. 

İ.Həmidov hökumətə müraciətində məcburi köçkün həyatı yaşayan kəlbəcərlilərin üzləşdikləri bəzi sosial problemlərdən bəhs edib. O qeyd edib ki, parlament seçkilərinin təbliğat və təşviqat mərhələsi zamanı seçicilərlə keçirdiyi görüşlərdə kəlbəcərli məcburi köçkünlər bəzi sosial çətinliklərdən şikayətləniblər. 

Sabiq daxili işlər naziri aidiyyəti dövlət orqanlarına müraciətində məcburi köçkün həyatı yaşayan insanların üzləşdiyi problemləri həll etməyə çağırıb. O, kəlbəcərli məcburi köçkünlərin üzləşdiyi sosial problemləri mahiyyətinə və yerləşmə ünvanına görə 4 qrup üzrə təsnifatlaşdırıb:

1) Bərdə rayonunda “Dördyol”x9d deyilən ərazidə salınmış 149 evdən ibarət qəsəbədə azı 45 evin divarlarında yaranmış iri çatlar ucbatından qəzalı vəziyyətə düşmüş evlərin sakinləri xeyli müddətdir ki, hər an vahimə, təlaş və gərginlik şəraitində olduqlarını, üz tutduqları müxtəlif aidiyyəti orqanlardan isə faktiki olaraq heç bir köməkdarlıq olunmadığını bildirdilər.

2) Yenə Bərdə rayonunda məskunlaşmış bir qrup Kəlbəcər qaçqınları yaşadıqları ərazidəki torpaq sahəsini əllərindən almaq məqsədilə hansısa yuxarı instansiya tərəfindən göstəriş verildiyini və bu məqsədlə əraziyə gələn suyun, qazın, işığın qəsdən kəsilməsi, digər formalarda təsir olunduğundan böyük narazılıqla danışdılar.

3) Şamaxı rayonunun Çuxuryurd qəsəbəsində köhnə binada məskunlaşmış 12 ailə də bərbad vəziyyətdə yaşamaqdadır. Yağışlı havalarda isə bacadan daman yağış sularının yaratdığı acınacaqlı mənzərəyə ürəkağrısı ilə baxmamaq mümkün deyil.

4) Gəncə şəhərində Alüminium Zavodu yaxınlığında salınmış yeni qəsəbədə isə sakinlər iqtisadi çətinliklər bir yana, bir yandan da əraziyə yaxın yerdə zibil tullantıları üçün ayrılmış sahədə vaxtaşırı yandırılan hər növ tullantılardan ibarət zibil topalarının atmosferə yaydığı yoluxucu xəstəliklər mənbəyindən, üfunət və qoxulardan təngə gəldiklərini bildirirdilər".
İsgəndər Həmidov onu da bildirib ki, bu problemlərin həlli istiqamətində heç bir tədbirlər görülməyəcəyi təqdirdə sakinlər müxtəlif formalarda etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Sabiq nazir müraciətində prezidentin “Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması”x9d ilə bağlı imzaladığı qərarlara uyğun şəkildə əməli iş görülməsini xahiş edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO